Azərbaycanda yeni yaranan klubun baş məşqçisi kim oldu?

30 Sentyabr 2022 14:00 Region Liqası 3 441
Azərbaycanda yeni yaranan klubun baş məşqçisi kim oldu?

Növbəti mövsümdə Region Liqasında debüt edəcək “Difai”nin baş məşqçisinin kimliyi bilinib.

Bu haqda Sportinfo.az-a yeni yaranmış klubun prezidenti Asəf Məlikov məlumat verib.

Sitat: “Hazırda baş məşqçi funksiyasını Aydın Qasımov yerinə yetirir və çox güman, yola onunla davam edəcəyik.

Qapıçılar üçün məşqçi nəzərdə tutmuşuq, vaxtilə “Neftçi”də oynamış Fərid adlı mütəxəssislə danışıqlar davam edir. Maddi imkanlarımız daxilində addım atmağa çalışırıq“.

“Difai” 5 mart 2018-ci ildə - Bədən Tərbiyəsi və İdman Günündə yaradılmış eyniadlı klubun bazasında formalaşıb ki, böyük futbolda ilk addımlarını Region Liqasında atacaq.

Komanda artıq AFFA-dan qeydiyyatdan keçib və oktyabrda start götürəcək Region Liqasının hazırlığına başlayıb.

Nəcib addımın atılmasının səbəbkarı Asəf Məlikovdur. Klub prezidenti birinci Qarabağ müharibəsinin veteranı olmaqla yanaşı, Əlil Arabasında Qılıncoynatma Federasiyasının birinci vitse-prezidenti, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin, Leninqrad Ali Hərbi Məktəbinin, Azərbaycan İnşaat Mühəndisliyi İnstitutunun, Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu, qılıncoynatma üzrə beynəlxalq dərəcəli məşqçidir:

”Əlil Arabasında Qılıncoynatma Federasiyasının köməkliyi ilə bir dəst forma almışıq. Özümün və federasiyanın vitse-prezidenti Elşən Rəsulov dəstəyi sayəsində həm forma aldıq, həm də stadionun 1 aylıq icarə haqqını ödədik.

Hazırda ortaya çıxan xərclər federasiya tərəfindən qarşılanır. Qurum ötən ilin noyabrında Ağdamda “Zəfər kuboku”nu təşkil etdi, bu il də ikinci “Zəfər kuboku”nu keçirməyi düşünürük.

Oktyabr ayından əlil idmançılarımızın yarışları da başlayır. Paris-2024-də medal qazanmaq üçün idmançılarımız yarışlarda iştirak etməlidir.

Federasiyanın xərcləri onsuz da çoxdur. Amma “Difai” üçün başlatdığımız işi da uğurla davam etdirməyə çalışırıq. Bir az maliyyədə “ilişmişik”.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda