"Xan Lənkəran"ın 4 futbolçusu bu klublara keçdi - FOTO

24 Sentyabr 2022 10:40 Region Liqası 1 593
"Xan Lənkəran"ın 4 futbolçusu bu klublara keçdi - FOTO

Fəaliyyətini dayandıran «Xan Lənkəran»ın daha 4 futbolçusu özünə yeni komanda tapıb.

Ötən mövsüm Region Liqasında çıxış etmiş müdafiəçi Ülvi İbayev I Divizionda debüt mövsümünü keçirən «İmişli» ilə müqavilə imzalayıb.

Yarımmüdafiəçi Kamran Abdullazadə, hücumçu Zaur Nuruzadə və müdafiəçi Valid Yusubov isə növbəti mövsümə Region Liqasında başlayacaq.

Trio Cəlilabadı təmsil edən «Ümid»lə anlaşmaya qol çəkib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti