Mübariz Mənsimovla keçirilən toplantı - “Xəzər Lənkəran” qayıdır, yoxsa “Xan Lənkəran”?

23 Sentyabr 2022 16:00 Region Liqası 3 307
Mübariz Mənsimovla keçirilən toplantı - “Xəzər Lənkəran” qayıdır, yoxsa “Xan Lənkəran”?

Məlumat verdiyimiz kimi, “Xan Lənkəran”ın prezidenti növbəti dəfə Mübariz Mənsimovla bir araya gəlib.

Türkiyədə səfərdə olan Pərviz Hüseynov “Xəzər Lənkəran”ın fəxri prezidenti ilə görüşdən çəkilən fotonu “instagram” hesabında paylaşıb.

Həmin fotonun ardınca qara fonda ağ hərflərlə yazılmış “XL” abreviaturası diqqət çəkib.

İzləyicilərin ehtimalına görə, Pərviz bəy məhz bu paylaşımla “Xəzər Lənkəran”ın ən qısa zamanda qara günlərdən ağ günlərə çıxacağına müsaj verib.

Nəzərinizə çatdıraq ki, klub rəhbərləri bu ilin əvvəlində - fevralda da İstanbulda bir araya gəlmişdi.
Həmin vaxt Mübariz bəyin “Xəzər Lənkəran” adını yaşatmaq üçün “Xan Lənkəran” rəhbərliyinə həvalə etdiyi bildirilmişdi. Hətta Lənkəran şəhər

stadionundan uzaqlaşan komanda həmin görüşdən sonradan “Fırtnalar meydanı”na qayıtmışdı.

Ötən mövsüm Region Liqasında çıxış edən və gümüş medallara sahib olan bölgə təmsilçisi cari mövsümün əvvəlində Birinci Diviziona buraxılmadığından, klub rəhbərliyi “Xan Lənkəran”ın fəaliyyətini qeyri-müəyyən vaxta dondurduğunu açıqlamışdı.

M.Mənsimovla P.Hüseynov arasında ikinci görüşü də Pərviz Abdullayev təşkil edib. «Kobra» ləqəbli tanınmış kikboksçu ortaq dostların iştirakıyla baş tutan toplantıya qatılıb.

Mənsimovun yaxın çevrəsindən sızan informasiyaya görə, görüşdə “Xan Lənkəran” və “Xəzər Lənkəran”ın yaxın gələcəkdə fəaliyyətini bərpa eləmək perspektiai müzakirəyə çıxarılıb.

Fəaliyyətini dayandırmış klubların birləşmək variantı ətrafında fikir mübadiləsi aparılıb. İstanbulda yaşayan iş adamı Lənkəranın gündəlik həyatını futbolsuz təvəssür eləmədiyini dilə gətirib.

O, bunun üçün P.Hüseynova dəstək verməyə hazır olduğunu söyləyib. “Xan Lənkəran”ın prezidenti isə AFFA tərəfindən haqsızlığa məruz qaldıqlarını vurğulayıb, keçəndəfəki görüşə və həmin görüşdən yayılan fotoya görə I Diviziona buraxılmadıqlarını açıqlayıb.

Rusiyada fəaliyyət göstiərən biznesmen federasiyada rəhbərlik dəyişməyənə kimi bu sektora vəsait yatırmağın mənasız olduğunu qeyd edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"