AFFA 1 yaşı olan çempion klubun gələcəyi ilə bağlı qərar verdi

11 Sentyabr 2022 11:00 Region Liqası 2 522
AFFA 1 yaşı olan çempion klubun gələcəyi ilə bağlı qərar verdi

Ötən ilin yayında yaradılan «Cəbrayıl»FK Region Liqasının qalibi oldu.

Finalda «Xan Lənkəran»ı 1:0 hesabıyla üstələyən Qarabağ təmsilçisi, beləcə, debüt mövsümünü titulla başa vurdu.

Bundan sonra Cavid Hüseynov «Şamaxı»dan təklif aldı və Premyer Liqada çalışmağa qərar verdi.

Belə vəziyyətdə açıq qalan bir sual öz cavabını axtarırdı – «Cəbrayıl»ın sabahı necə olacaq? Artıq bu məsələyə aydınlıq gəlib.

AFFA bu klubun fəaliyyətini davam etdirməsini öz üzərinə götürüb, ilk sezondakı kimi ona maliyyə yardımı ayırıb.

Cəbrayılın eyniadlı təmsilçisi yenə paytaxtda məskunlaşıb və ev oyunlarını burada keçirəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti