Azərbaycanda daha bir neçə komanda yaradıldı – SON DƏQİQƏ

10 Sentyabr 2022 17:40 Region Liqası 2 192
Azərbaycanda daha bir neçə komanda yaradıldı – SON DƏQİQƏ

Region Liqasında yeni mövsümə oktyabrda start veriləcək.

Bu barədə Sportinfo.az-a AFFA-dan bildirilib.

Təqribən üç həftə öncə başlayan qeydiyyatın daha 10-15 gün davam etməsi gözlənilir. Hətta prosesin sentyabrın sonunadək uzanması da istisna olunmur.

Bu, çempionatda mübarizə aparmaq istəyənlərin sayından və onlardan neçəsinin irəli sürülən şərtlərə cavab verib-verməməsinin

müəyyənləşməsindən asılıdır. Hələlik 30-a yaxın komandadan bununla bağlı federasiyaya müraciət daxil olub.

Yarışda qüvvəsini sınamaq fikrinə düşən kollektivlər həm Bakı və Bakıətrafı qəsəbələri, həm də müxtəlif şəhər və rayonları təmsil edir. Onların arasında bir neçə yeni yaradılan klublar da var.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"