Azərbaycanda tanınmış klub yenidən fəaliyyətini dayandırdı

10 Sentyabr 2022 11:40 Region Liqası 3 712
Azərbaycanda tanınmış klub yenidən fəaliyyətini dayandırdı

2004-cü ildə yaradılan, zamanla iki dəfə «səhnə»dən çəkilən «Karvan» yenidən fəaliyyətini dayandırıb.

Ötən mövsüm Region Liqasında mübarizə aparmış Yevlax təmsilçisi maliyyə çətinliyi səbəbindən qeyri-müəyyən müddətə kimi çıxışına ara verib.

Komanda yerli İcra Hakimiyyətindən və iş adamlarından heç bir dəstək ala bilməyib.

Amma bu, o demək deyil ki, adıçəkilən rayon futbolsuz qalavcaq. Region Liqasınının növbəti mövsümündə iştirak edəcək komandalar arasına yeni ad əlavə olunub.

Bu, “Qarxun“FK-dır. Yevlax rayonunun Aşağı Qarxun kəndinin eyniadlı təmsilçisi ilk dəfə bu çempionatda mübarizə aparmaq üçün AFFA-da qeydiyyatdan keçib.

“Qarxun“ Yevlaxın kənd və qəsəbələri arasında keçirilən birinciliyinin qalibi olub.

Hələ sovet dönəmində bu kəndin həvəskarlardan ibarət futbol komandası rayon kəndləri arasından futbol yarışlarında uğurlar əldə edib, “Sevinc” kuboku turnirində birinci yerə sahib çıxıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti