"Xan Lənkəran"ın prezidenti pulundan keçdi, ona borclu olanları bağışladı

2 Sentyabr 2022 15:00 Region Liqası 2 637
"Xan Lənkəran"ın prezidenti pulundan keçdi, ona borclu olanları bağışladı

«Xan Lənkəran»ın prezidenti Pərviz Hüseynov ona pul almış futbolçuları sevindirib.

Belə ki, fəaliyyətini dayandırmış klubun bir nömrəli şəxsi ondan müəyyən məbləğ götürmüş oyunçuların borcunu bağışlayıb.

Rusiyada yaşayan və fəaliyyət göstərən lənkəranlı iş adamı həmin pulu geri almağa ehiyac görməyib.

P.Hüseynov «Xan Lənkəran»ı ötən ilin yayında yaradıb. Cənub təmsilçisi ilk mövsümdə Region Liqasında uğurlu nəticə göstərib, gümüş medal qazanıb.

«Ağ-yaşıllar» I Divizionda iştirak etmək iddiasını ortaya qoyub, bunun üçün bütün tələbləri yerinə yetirməyə hazır olduğunu açıqlayıb, di gəl, AFFA onların «Xəzər Lənkəran»ın sahibi Mübariz Mənsimovla yaxın münasibətlərindən şəhbələnərək, qeyri-peşəkar yanaşma nümayiş etdirib.

Halbuki «Xan Lənkəran» rəhbərliyi kluba ayrılan maliyyə vəsaitinin şəffaflığını, Türkiyədə fəaliyyət göstərən iş adamıyla heç bir ilişkilərinin olmamasını sübuta yetirməyə hazır olduğunu bildirib.

Federasiyanın bu çağırışlara məhəl qoymamasını görən «ağ-yaşıllar» Region Liqasının növbəti mövsümündə yer almamaq barədə qərar verib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
3 İyul 03:20 Ayxan çempion oldu