“Lap olsun “Neftçi” - İndi yəqin ki, vəziyyət tam başqadır“

27 Avqust 2022 16:40 Region Liqası 1 333
“Lap olsun “Neftçi” - İndi yəqin ki, vəziyyət tam başqadır“

“Biz oynayan dönəmdə Azərbaycan çempionatında dəhşətli rəqabət var idi, oyunlar gərgin keçirdi“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında gürcüstanlı sabiq yarımmüdafiəçi Qoca Trapadze deyib.

2004-2006-cı illərdə «Karvan»ın formasını geyinmiş legioner ötən illər ərzində Premyer Liqamızda medallar uğrunda mübarizənin çox zəiflədiyini bildirib:

“Neftçi” ötən il seriyanı qırdı. Amma bu, nəyi dəyişir ki? Lap olsun “Neftçi”. Cəmi iki komanda çempionluq üçün vuruşur.

Bəlkə getdikcə daha yaxşı olar. Turnir cədvəlinə baxırdıq, heç nə anlamaq olmurdu.

Bəzən birinci yerlə altıncı sırada yer alan komanda arasında 3-4 xallıq fərq olurdu. İndi yəqin ki, vəziyyət tam başqadır“.

Digər Xəbərlər
Xəbər Lenti