“Xan Lənkəran” fəaliyyətini nə vaxt bərpa edəcək?

26 Avqust 2022 14:00 Region Liqası 3 009
“Xan Lənkəran” fəaliyyətini nə vaxt bərpa edəcək?

“Xan Lənkəran” fəaliyyətini bərpa edə bilər.

Bu haqda Sportinfo.az-a klubun vitse-prezidenti Rəhman Abbasov məlumat verib.

Onun bildirdiyinə görə, hər şey proseslərin gedişindən, başqa sözlə, AFFA-da aparılacaq islahatlardan asılıdır.

AFFA tərəfindən təşkil olunan Region Liqasının 2022/23-cü il mövsümündə iştirak etmək istəyən komandaların qeydiyyatı prosesi başlayıb.

Dördüncü dəfə təşkil olunacaq yarışda qüvvəsini sınamağı planlaşdıran kollektivlər 22 avqust tarixindən etibarən info@affa.az və ya liqalar@affa.az e-mail ünvanlarına müraciət edə bilərlər.

Geridə qalan günlər ərzində 10-yaxın komandadan onlarla əlaqə saxlanılıb, qeydiyyat prosesinin nə vaxt bitəcəyi və yarışda iştirakın şərtləri ilə maraqlanıb.

Bildirilib ki, qeydiyyatın müddəti turnirə qatılmağı arzulayan komandaların sayından və yaxınlarda tam şəkildə müəyyənləşdiriləcək kriteriyaları nə dərəcədə yerinə yetirə biləcəkləri dəqiqləşəndən sonra uzadıla bilər.

Bu mövsüm I Divzionda iştirakına AFFA tərəfindən icazə verilməyən “Xan Lənkəran” Region Liqasında iştirakını davam etdirmək istəməyib və bir müddət əvvəl fəaliyyətini dayandırıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"