Yeni mövsümdə Region Liqasında iştirak etmək istəyən komandalar varmı?

25 Avqust 2022 16:00 Region Liqası 2 278
Yeni mövsümdə Region Liqasında iştirak etmək istəyən komandalar varmı?

AFFA tərəfindən təşkil olunan Region Liqasının 2022/23-cü il mövsümündə iştirak etmək istəyən komandaların qeydiyyatı prosesi başlayıb.

Dördüncü dəfə təşkil olunacaq yarışda qüvvəsini sınamağı planlaşdıran kollektivlər 22 avqust tarixindən etibarən info@affa.az və ya liqalar@affa.az e-mail ünvanlarına müraciət edə bilərlər.

Federasiyadan redaksiyamıza verilən məlumata görə, geridə qalan günlər ərzində 10-yaxın komandadan onlarla əlaqə saxlanılıb, qeydiyyat prosesinin nə vaxt bitəcəyi və yarışda iştirakın şərtləri ilə maraqlanıb.

Bildirilib ki, qeydiyyatın müddəti turnirə qatılmağı arzulayan komandaların sayından və yaxınlarda tam şəkildə müəyyənləşdiriləcək kriteriyaları nə dərəcədə yerinə yetirə biləcəkləri dəqiqləşəndən sonra uzadıla bilər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti