"Xan Lənkəran"ın prezidenti bu klublardan təklif aldı – Bizim sponsorumz olun

16 Avqust 2022 14:00 Region Liqası 2 527
"Xan Lənkəran"ın prezidenti bu klublardan təklif aldı – Bizim sponsorumz olun

Növbəti mövsüm Region Liqasında mübarizə aparmaq istəyən bir neçə klub «Xan Lənkəran»ın prezidenti Pərviz Hüseynova müraciət ünvanlayıb.

Söhbət «Füzuli», «Qobustan», «Mil» və başqalarından gedir.

Bölgə təmsilçiləri Rusiyada yaşayan və fəaliyyət göstərən iş adamından onların komandalarına sahib çıxmağı xahiş edib.

P.Hüseynov köməklik göstərməyə hər zaman hazır olduğunu, ancaq Azərbaycanda «Xan Lənkəran»dan başqa heç bir kluba rəhbərlik etmək istəmədiyini bildirib.

AFFA «Xan Lənkəran»ın gələn mövsüm I Divizionda iştirakına icazə verməyib. Bu səbəbdən «ağ-yaşıllar» Region Liqasında çıxışını dayandırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti