“Xan Lənkəran”dan YENİ QƏRAR

5 Avqust 2022 19:40 Region Liqası 2 342
“Xan Lənkəran”dan YENİ QƏRAR

Klubumuz bundan sonra yalnız uşaq futbolunda fəaliyyət göstərəcək”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Xan Lənkəran”ın vitse-prezidenti Rəhman Abbasov deyib.

Ötən ilin yayında yaradılan klubun idarəçisi AFFA-nın son qərarı səbəbindən Region Liqasında çıxış etməyəcəklərini xatırladıb.

O, I Divizionda iştirakla bağlı federasiyaya ünvanlanan çoxsaylı müraciətlərin cavabsız qalmasının səbəbini bilmədiklərini vurğulayıb.

R.Abbasov qeyd edib ki, “Xan Lənkəran” təmsilçisi olduğu şəhərdən 4, Bakıda 1 komanda ilə ölkə çempionatında mübarizə aparacaq:

“17 yaşlıların çempionatında da olacağıq. Komandalar artıq hazırlığa start verib. Bir neçə məşqçini də bura cəlb edəcəyik.

Məqsədimiz budur ki, ölkədə uşaq futbolunun inkişafına təkan verək, millilərə istedadlı uşaqlar bəxş edək.

Azərbaycanda perpektivli və futbola həvəsli uşaqlar çoxdur. Onları kənarda qoymaq lazım deyil.

Çalışmalıyıq ki, bu uşaq və yeniyetmələri futbola qazandıraq. Azərbaycanı kənarda yalnız Mahir Emreli təmsil etməməlidir, onun davamçıları çox olmalıdır”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı