“Xan Lənkəran” – İkisi xaricə, ikisi Diviziona, biri Premyer Liqaya getdi

2 Avqust 2022 14:00 Region Liqası 1 887
“Xan Lənkəran” – İkisi xaricə, ikisi Diviziona, biri Premyer Liqaya getdi

AFFA tərəfindən I Diviziona buraxılmayan “Xan Lənkəran” Region Liqasının növbəti mövsümündə çıxış etməyəcək.

Cənub təmsilçisi bununla bağlı mövqeyini rəsmən açıqlayıb.

Artıq 5 futbolçu “ağ-yaşıllar“la vidalaşıb. Onlardan İlyas Səfərzadə və Elvin Mirzəyev karyerasını ölkə xaricində davam etdirəcək.

Ötən mövsüm Region Liqasında çıxış etmiş yarımmüdafiəçi və müdafiəçi Tacikistana üz tutub. Cütlük “Fayzkand”a keçib.

“Fayzkand” Tacikistanın yüksək liqasında çıxış edir. Komanda 10 turdan sonra 15 xalla 3-cü sıradadır.

Qapıçılardan Orxan Sadıqlı Azərbaycan Premyer Liqasında çıxış edəcək - «Kəpəz»lə anlaşıb.

Onun gənc həmkarı Cavidan İzzətli isə bundan sonra «Zaqatala»nın uğurları üçün tər tökəcək. Əli Tağızadəni «İmişli»nın sıralarında görəcəyik.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti