"Qarabağ" futbolçusunu xarici klublardan birinə icarəyə verəcək?

25 İyul 2022 14:00 Region Liqası 5 364
"Qarabağ" futbolçusunu xarici klublardan birinə icarəyə verəcək?

Millinin yarımmüdafiəçisi Toral Bayramov avqustun sonunadək Azərbaycanı tərk edə bilər.

«Qarabağ» ona görə bir neçə təklif alıb.

Polşa, Xorvatiya və Türkiyədən olan klublar «Xəzər Lənkəran»ın yetirməsinin xidmətində maraqlıdır.

Ağdam təmsilçisi Çempionlar Liqasında 3 oyun keçirib. Bayramov «Lex» və «Sürix»lə geridə qalan matçların heç birində meydana əsas heyət üzvü kimi çıxmayıb. Elvin Cəfərquliyev onu ilk «11-lik»dən sıxışdırıb çıxarıb.

«Qarabağ»ın Toralla birdəfəlik vidalaşmaq fikri yoxdur. Gənc oyunçunu ən yaxşı halda icarəyə verə bilərlər.

Bu da böyük ölçüdə komandanın avrokuboklarda göstərəcəyi nəticələrdən asılıdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi