Region Liqasından Diviziona gələcək 4-cü klub – AFFA 7 gün vaxt verdi

16 İyul 2022 14:40 Region Liqası 4 419
Region Liqasından Diviziona gələcək 4-cü klub – AFFA 7 gün vaxt verdi

Yeni mğövsümdə Region Liqasından gələn klub I Diviziona buraxılacaq.

Bu barədə qərar AFFA İcraiyyə Komitəsinin (İK) onlayn iclasında qəbul olunub.

Qərara əsasən, Region Liqası komandalarının I Divizionda çıxış edə bilmələri üçün AFFA-nın baş katibliyi və Peşəkar Futbol Liqası meyarlar müəyyənləşdirəcək.

Meyarlara tam cavab verən və müvafiq müraciəti ilk təqdim edən bir klubun 2022/2023 mövsümündə I Divizionda iştirakı təmin olunacaq.

İcraiyyə Komitəsi mayda 3 bölgə komandasının üzünə qapı açıb. “Araz-Naxçıvan”, “İmişli” və “Mingəçevir” növbəti mövsümdən aşağı dəstədə mübarizə aparacaq.

Əslində, AFFA-nın əvvəldən belə bir problem olmayıb. Bu məsələ "Sabah"ın əvəzedici komandasının yeni mövsümdən birinci divizionda iştirak etməyəcəyi dəqiqləşəndən sonra gündəmə gəlib.

Masazır təmsilçisinin AFFA-ya müraciəti müsbət cavablandırılıb. Əvəzedici komandanın bir neçə üzvü icarəyə verildiyi üçün heyətdə çatışmazlıqlar yaranıb və klub belə qərar verib.

Diviziondan imtina ilə bağlı qərar 2022/2023 mövsümü üçün nəzərdə tutulub.

İcraiyyə Komitəsi bununla bağlı AFFA-nın Baş katibliyinə və Peşəkar Futbol Liqasına müvafiq tapşırıqlar verib.

Onlar 7 gün ərzində seçim meyarlarını müəyyənləşdirməlidir. İK daha sonra müraciət edəcək iddiaçı haqda qərarını açıqlayacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti