İmkansız komandalar Region Liqasına buraxılmayacaq – AFFA şərtləri sərtləşdirir

8 İyul 2022 23:40 Region Liqası 1 465
İmkansız komandalar Region Liqasına buraxılmayacaq – AFFA şərtləri sərtləşdirir

Növbəti mövsüm Region Liqasında çıxış etmək istəyən komandalar AFFA-ya bank zəmanəti təqdim etməli olacaq.

Bu barədə federasiyadan saytımıza bildirilib.

Redaksiyamıza verilən məlumata görə, hazırda bu məsələ ətrafında müzakirə gedir.

Narahatlığa ciddi səbəb var. Son «futbol ili»ndə bəzi iştirakçılarla bağlı problem yaranıb, onlardan Quba «Şahdağ»ı qrup mərhələsini belə gözləmədən çempionatı tərk edib.

Həmçinin bir neçə komanda maliyyə çətinliyi ilə üzləşməsini əsas gətirərək, yarışdan erkən çəkilmək fikrinə düşüb və yalnız AFFA-nın dəstəyi və təkidi ilə mövsümü başa vurmalı olub.

AFFA analoji halın bir daha təkrarlanmasından ehtiyatlanır.

Ona görə də iştirakçılar əvvəllər onlardan tələb olunan sənədlərlə yanaşı, bank hesabı verməlidir. Həmin hesabda minimum 20 min manat vəsaitin olmasını göstərən qəbz təqdim edilməlidir.

Bu, istər fiziki şəxslər, istərsə də yerli İcra Hakimiyyətləri tərəfindən yaradılan klublara aiddir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!