"Xan Lənkəran" fəaliyyətini dayandırır, yoxsa…? – YENİ AÇIQLAMA

8 İyul 2022 14:00 Region Liqası 2 362
"Xan Lənkəran" fəaliyyətini dayandırır, yoxsa…? – YENİ AÇIQLAMA

«Klubumuzun fəaliyyətini davam etdirib-etdirməyəcəyi yaxın vaxtlarda dəqiqləşəcək».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Xan Lənkəran»ın mətbuat xidmətinin rəhbəri Famil Məmmədov deyib.

Bilindiyi kimi, AFFA növbəti mövsümdə 3 klubun I Divizion iştirakçıları sırasına qoşulmasına icazə verib. Onların arasında cənub təmsilçisi yoxdur.

Federasiya yalnız «Araz-Naxçıvan», «İmişli» və «Mingəçevir»ə «yaşıl işıq» yandırıb. Təbii ki, bu qərar Region Liqasında debüt mövsümünü gümüş medalla başa vurmuş «Xan Lənkəran» rəhbərliyini qane edə bilməz.

«Ağ-yaşıllar» bununla bağlı narazılığını açıq şəkildə bəyan eləyib, müxtəlif instansiyalara müraciət ünvanlayıb. Dövlət aparatına məktub ünvanlayan klubun yaradıcıları Gənclər və İdman Nazirliyindən də kömək istəyib.

«Xan Lənkəran»ın prezidenti Pərviz Hüseynov sosial şəbəkə hesablarından mövcud durumla əlaqəli bir neçə paylaşım edjb,

AFFA-nın qərarını dəyişmədiyini bildirib. Bu, o deməkdir ki, klub gələn sezonda Region Liqasının yarışmaçısı olmayacaq?

F.Məmmədovun bildirdiyinə görə, bu suala cavab vermək hələ tezdir:

«Bilirsiz ki, klubumuzun rəhbərliyi müxtəlif qurumlara məktub göndərib. Hələ onlardan cavab gəlməyib.

Biz də səbirsizliklə gözləyirik ki, klubumuza müsbət cavab verilsin. Ondan asılı olaraq rəhbərliyimiz konkret qərar çıxaracaq.

«Xan Lənkəran» ölkədə futbolun inkişafına xidmət etmək üçün yaradılıb. Bunu sübut edən çoxsaylı faktlar var.

Bugünlərdə Lənkəranda «Dəmir yumruq» turniri keçiriləcək. Yarışda xeyli sayda komanda iştirak edəcək.

«Dəmir yumruq»un əsas sponsoru elə «Xan Lənkəran» rəhbərliyidir. Yarışın qaliblərinə kifayət qədər böyük məbləğdə mükafat veriləcək».

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"