Şamaxı finalına vəsiqə qazandılar - UEFA Region Kuboku

28 İyun 2022 01:00 Region Liqası 1 159
Şamaxı finalına vəsiqə qazandılar - UEFA Region Kuboku

Azərbaycanda təşkil olunmuş UEFA Region Kubokunun ilkin seçmə mərhələsinin qrup mərhələsinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, bu gün 1-ci qrupda son oyun keçirilib.

Qazaxıstan təmsilçisi “Kaskelen” Gürcüstanın “Basiani” komandası ilə qarşılaşıb. Üç qolun qeydə alındığı qarşılaşma “Kaskelen” komandasının qələbəsiylə yekunlaşıb.

Beləcə, bu komanda iki oyuna 6 xal toplayaraq qrup qalibi kimi ilkin mərhələnin finalına vəsiqə qazanıb. Qazaxıstan təmsilçisi daha öncə Estoniyanın “Tallina Zapoos” kollektivinə də 5:0 hesabıyla qalib gəlmişdi.

Digər finalçı 2-ci qrupda Azərbaycan təmsilçisi “Cəbrayıl”ı hər iki oyunda məğlub edən (2:1, 6:2) Belarus “Kolos”udur.

Beləliklə, iyunun 29-da Şamaxı şəhər stadionunda keçiriləcək final qarşılaşmasında “Kolos”la “Kaskelen” üz-üzə gələcək. Oyun saat 16:00-da başlayacaq.

"Kaskelen" – "Basiani" 2:1
Baş hakim: Damian Silvestrzak (Polşa).
Baş hakimin köməkçiləri: Bartoş Kasinski (Polşa), Elşad Abdullayev (Azərbaycan).
Dördüncü hakim: Elçin Məsiyev (Azərbaycan).
ASK Arena. Saat 16:00.

Digər Xəbərlər
Xəbər Lenti