Qazaxıstan komandası Bakıda estonları darmadağın etdi

25 İyun 2022 19:20 Region Liqası 1 007
Qazaxıstan komandası Bakıda estonları darmadağın etdi

Bu gün UEFA Region Kubokunun Azərbaycanda təşkil olunan ilkin seçmə mərhələsinin 1-ci qrupunda növbəti oyun keçirilib.

Sportinfo.az xəbər verir ki, "ASK Arena"da Estoniya təmsilçisi “Tallinna Zapoos” Qazaxıstanın “Kaskelen” komandası ilə qarşılaşıb.

FİFA referisi Elçin Məsiyevin baş hakim olduğu matçda Qazaxıstan təmsilçisi 5:0 hesabı ilə qalib gəlib.

Təmsilçimiz "Cəbrayıl" 2-ci qrupda mübarizə aparır. Azərbaycan klubu ilk oyunda "Kolos"a (Belarus) 1:2 hesabı ilə uduzub.

"Tallina Zapoos" - "Kaskelen" - 0:5
Qollar:
Çulagov, 8, Zhumabekov, 16-pün, Orazbekov, 29, Yessimkhanov, 32, Sauranbayev, 63-pen

Digər Xəbərlər
Xəbər Lenti