Gürcülər Bakıda Region Kubokuna qələbə ilə başladı - UEFA-nın yarışması

24 İyun 2022 01:50 Region Liqası 775
Gürcülər Bakıda Region Kubokuna qələbə ilə başladı - UEFA-nın yarışması

Azərbaycanda təşkil olunan UEFA Region Kubokunun 2022/2023-cü illər mövsümünün ilkin mərhələsinə start verilib.

Sportinfo.az xəbər verir ki, açılış matçında ilkin mərhələnin 1-ci qrupunda yer alan Gürcüstanın “Basiani” və Estoniyanın “Tallinna Zapoos” komandaları üz-üzə gəlib.

Oyun Gürcüstan təmsilçisinin qələbəsiylə başa çatıb - 3:1.

Azərbaycanı bu turnirdə təmsil edəcək Region Liqasının 2021/22 mövsümünün qalibi “Cəbrayıl” ilkin mərəhələnin 2-ci qrupunda Belarus təmsilçisi “Kolos”la qarşılaşacaq.

Bu komandalar arasındakı ilk matç bu gün Şamaxı şəhər stadionunda olacaq.

Qrup qalibləri finalda növbəti mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq və qalib komanda əsas mərhələdə Türkiyə, Portuqaliya, Finlandiya komandasına rəqib olacaq.

23 iyun

"Basiani" (Gürcüstan) – "Tallinna Zapoos" (Estoniya) - 3:1
Baş hakim:
David Smayc (Sloveniya), Da vid Qabroveç (hər ikisi Sloveniya), Elşad Abdullayev, Elçin Məsiyev (hər ikisi Azərbaycan).
ASK Arena.

Digər Xəbərlər
Xəbər Lenti