
İyunun 23-də Bakıda UEFA Region Kubokunun 2022/2023-cü illər mövsümünün ilkin mərhələsinin oyunlarına start veriləcək.
Sportinfo.az xəbər verir ki, Azərbaycanı bu turnirdə Region Liqasının 2021/2022-ci illər mövsümünün qalibi “Cəbrayıl” təmsil edəcək.
"Cəbrayıl" ilkin mərəhələnin 2-ci qrupunda Belarus təmsilçisi “Kolos” ilə Şamaxıda qarşılaşacaq.
İlkin mərhələnin 1-ci qrupunda isə Gürcüstanın “Basiani”, Qazaxıstanın “Kaskelen” və Estoniyanın “Tallinna Zapoos” komandaları mübarizə aparacaq. Onlar Bakıdakı "ASK Arena"da çıxış edəcəklər.
Qrup qalibləri finalda növbəti mərhələyə vəsiqə uğrunda mübarizə aparacaq və qalib komanda əsas mərhələdə Türkiyə, Portuqaliya, Finlandiya komandasına rəqib olacaq.
23 - 29 iyun tarixlərində keçiriləcək UEFA Region kubokunun ilkin mərhələ oyunlarının təqvimini nəzərinizə çatdırırıq:
Bütün oyunlar saat 16:00-da başlayacaq.
I qrup
“Basiani” - “Tallinna Zapoos”
23 iyun. ASK Arena
“Tallinna Zapoos” - “Kaskelen”
25 iyun. ASK Arena
“Kaskelen” - “Basiani”
27 iyun. ASK Arena
II qrup
“Kolos” - “Cəbrayıl”
24 iyun. Şamaxı şəhər stadionu
“Cəbrayıl” - “Kolos”
26 iyun. Şamaxı şəhər stadionu
FİNAL.
I qrupun qalibi – II qrupun qalibi
29 iyun. Şamaxı şəhər stadionu