Şəmkir futbola “Qala” ilə qayıdır

20 İyun 2022 22:20 Region Liqası 2 394
Şəmkir futbola “Qala” ilə qayıdır

Şəmkir bir neçə illik fasilədən sonra ölkənin futbol səhnəsində təmsil olunacaq.

Bu rayonda faəliyyət göstərən “Qala” növbəti mövsüm Region Liqasında çıxış edəcək.

Komanda sırf yerli futbolçulardan formalaşdırılıb. “Qala” maliyyə dəstəyini Rusiyada çalışan şəmkirli iş adamlarından alır.

Bu rayonun eyniadlı təmsilçisi sonuncu dəfə 2017/18-ci il mövsümündə I Divizionda mübarizə aparıb.

“Şəmkir” növbəti ildə Region Liqasında yarışıb və maddi problemlərə görə çıxışını dayandırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti