“Xan Lənkəran”ın sahibindən bu dəfə ŞƏKİLLİ FAKT: “Bütün Azərbaycan bilir ki...”

15 İyun 2022 20:40 Region Liqası 2 020
“Xan Lənkəran”ın sahibindən bu dəfə ŞƏKİLLİ FAKT: “Bütün Azərbaycan bilir ki...”

Cənublu fanatlar “Xan Lənkəran”ın Birinci Diviziona buraxılmaması ilə barışa bilmir.

Bu mənada ən çox əsəb keçirən klubun prezidenti Pərviz Hüseynovdur.

Ötən mövsüm Region Liqasında mübarizə aparan komanda üçün Antalyada təlim-məşq toplanışı təşkil edən, təcrübəli futbolçuları kollektivə cəlb edən, yaxşı maaş və qələbəyə görə mükafatlar verən klubun rəhbəri AFFA-nın göstərdiyi ögey münasibətlə barışa bilmir.

İndiyə qədər mətbuata verdiyi açıqlamalarda və sosial şəbəkə hesablarındakı çıxışlarında AFFA-nın “ağ yuyub, qara sərən” Hüseynov növbəti dəfə diqqətləri üzərinə çəkib.

O, assosiasiyanın “Xan Lənkəran”a yad münasibətinin əsas səbəbini Pərviz Hüseynovun İstanbulda Mübariz Mənsimovla görüşündə tapıb. Pərviz bəyin fikrincə, komandasının Birinci Diviziona buraxılmamasının əsas səbəbi özünün Mənsimovla yaxınlığına görədir.

“Xan Lənkəran”ın əsas söz sahibi başqa bir maraqlı faktla da diqqət çəkib.

Hüseynov paylaşımında bu sözləri yazıb:

“AFFA tərəfindən bizə deyilən UEFA-nın Region Liqası ilə bağlı 3 il qərarı hələ də bizə təqdim edilməyib. Baxmayaraq ki, dəfələrlə istəmişik bunu”.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?