Respublikanın bu şəhərində futbol akademiyası yaradılacaq

1 Yanvar 09:40 Region Liqası 809
Respublikanın bu şəhərində futbol akademiyası yaradılacaq

Mingəçevirdə yeni futbol akademiyası yaradılacaq.

Bu haqda AFFA-dan Sportinfo.az-a bildirilib.

Verilən məlumata görə, Gəncədən sonra planda «işıqlar şəhəri»ndə belə bir uşaq futbol məktəbinin yaradılması planlaşdırılır.

Federasiya bu məqsədlə öz nümayəndələrini Mingəçevirə göndərib, mövcud infrastrukturu incələməyi, həmçinin smetanı müəyyənlənşdirməyi nəzərdə tutub.

AFFA, o cümlədən, Mingəçevirdə süni ot örtüklü məşq meydançası quraşdıracaq. Milli assosiasiya bununla bağlı tender elan edib.

Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunun ərazisində salınacaq 113mX76m ölçülü meydançada drenaj xəttinin qurulması, su rezervuarlarının və nasosxananın tikilməsi, həmçinin suvarma sisteminin çəkilməsi nəzərdə tutulub.

Tenderə 2022-ci il 14 yanvar saat 17:00-da yekun vurulacaq.

Qalib şirkət üçün işə başlama tarixi kimi müqavilə bağlandıqdan dərhal sonra - 21 yanvar 2022-ci il müəyyənləşdirilib.

Digər Xəbərlər
Xəbər Lenti