Azərbaycanda daha bir klub adını dəyişdi - FOTO

19 Dekabr 2021 23:00 Region Liqası 2 848
Azərbaycanda daha bir klub adını dəyişdi - FOTO

Region Liqasının Paytaxt və Şimal regionunda çıxış edən və turnirin favoritlərindən biri kimi göstərilən Quba “Şahdağ”ı çempionatın gedişində adını və təmsil etdiyi şəhəri dəyişmək qərarına gəlib.

Sportinfo.az xəbər verir ki, klub bununla bağlı bəyanat yayıb:

"Nəzərinizə çatdırırıq ki , "Uğur" Futbol Klubu ilə əməkdaşlıq çərçivəsində, "Uğur" FK rəhbərliyinin təklifinin dəyərləndirilməsinə qərar verilib klub prezidentimiz tərəfindən. Bundan sonra hər iki klub rəhbərliyi arasında gedən müzakirələrdən sonra klubun inkişafı yolunda bəzi qərarlar qəbul olunub.

Bu gündən etibarən əməkdaşlıq çərçivəsində 2021/22-ci illər mövsümündə "Region Liqası"nda Sumqayıtın "Uğur" Futbol Klubu "Şahdağ Quba" Futbol Klubunun varisi elan olundu və "Şahdağ Quba" FK-nın adı "Uğur" FK olaraq dəyişdirildi.

Əlavə olaraq da qeyd edək ki, Qubada 5 yaş qrupundan ibarət uşaq komandaları, gənclərdən ibarət bir komanda fəaliyyətə başlayacaq.

Çempionluq yolunda "Uğur" kollektivinə uğurlar arzulayırıq!"

“Uğur” liqanın ikiqat qalibidir. Mövsümün əvvəlində maliyyə çətinliyi səbəbindən sumqayıtlılar 2021/22 mövsümünə qatılmaqdan imtina etmişdilər.

Bundan yararlanan “Şahdağ”ın prezidenti Xanbaba Daşdı sumqayıtlıların baş məşqçisi Qəzənfər Abbasovu “Şahdağ”a dəvət etmiş, o isə öz növbəsində “Uğur”da rəhbərliyi altında oynayan futbolçuları Quba komandasına aparmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda