İcra Hakimiyyəti klubu yaşatmaq üçün fond yaratdı

13 Dekabr 2021 14:00 Region Liqası 2 224
İcra Hakimiyyəti klubu yaşatmaq üçün fond yaratdı

Caəbrayıl rayon İcra Hakimiyyəti yeni fond yaradıb.

Bu barədə "Sportinfo TV"nin "Youtube" layihəsi - "Futbol söhbəti"nin növbəti buraxılışına qonaq olan "Cəbrayıl"ın prezidenti və baş məşqçisi Cavid Hüseynov bildirib.

Tanınmış telejurnalist Elçin Cəfərovun təqdimatında yayımlanan verilişdə iştirak edən klubun rəhbəri yerli İH tərəfindən fondun yaradılmasının məqsədini açıqlayıb:

“Burada toplanacaq vəsait “Cəbrayıl”a xərclənəcək. İcra başçısı Kamal Həsənovla görüşmüşəm, “Cəbrayıl”ı yaratmağımızın məqsədini demişəm.

O da əllərindən gələn köməyi edəcəklərinə söz verdi. Icra Hakimiyyəti komandaya indi də dəstək olur.

Cəbrayıldan olan iş adamları bu fonddan xəbərdardır. Onlar da kluba köməklik göstərəcək.

Artıq iş adamlarından bizimlə əlaqə saxlayanlar, yardım etməyə hazır olduqlarını deyənlər var.

Burada hər şey şəffafdır. 1 manat o yan-bu yana ola bilməz. İşi elə qurmuşuq ki, hər qəpiyin hara xərcləndiyini sənədlərdən görmək olur”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti