Fond Region Liqası komandalarını da çətiri altına alır

12 Dekabr 2021 17:40 Region Liqası 1 121
Fond Region Liqası komandalarını da çətiri altına alır

Bilindiyi kimi, AFFA bölgələrdəki futbol klublarına dəstək fondu təsis edib.

Bununla bağlı qərar AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında qəbul edilib.

Bu qərarın regionlarda klublara maliyyə dəstəyinin təmin olunması məqsədilə qəbul edildiyi bildirilib. Müvafiq hüquqi prosedurların həyata keçirilməsi AFFA-nın baş katibliyinə tapşırılıb.

Fond yalnız Premyer Liqa və I Divizion iştirakçılarını əhatə etməyəcək. Federasiya Region Liqasında mübarizə aparan rayon komandaldarına da bu siyahıda yer verməyi qətiləşdirib.

Sadəcə, onlara yardımın hansı şəkildə ediləcəyi hələ dəqiqləşməyib. Bir neçə variant gözdən keçirilir – kimisinin avtobus, kimisinin stadion, kimisinin inventarla təminatı kimi.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!