O, işdə qalmaq üçün AFFA-nın hansı təklifini qəbul edib?

2 Dekabr 2021 15:00 Region Liqası 1 717
O, işdə qalmaq üçün AFFA-nın hansı təklifini qəbul edib?

Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Toplantıda millinin baş məşqçisinin kimliyinə aydınlıq gəlib.

Canni de Byazinin hesabatı dinlənildikdən sonra assosiasiya italiyalı mütəxəssisin postunda qalmasını qərara alıb. 65 yaşlı mütəxəssislə sözləşmə müddəti 2022-ci ilin oktyabrına qədər uzadılıb.

Həmçinin baş məşqçiyə növbəti bir ay ərzində 10 aylıq hazırlıq planını AFFA-ya təqdim etməsi tapşırılıb.

Başqa sözlə, De Byaziyə 2022-ci il Millətlər Liqasının seçmə mərhələsinin sonunadək vaxt verilib.Məhz bu səbəbdən müqavilə 2022-ci ilin oktyabrınadək uzadılıb. Daha sonra yekun qərar məlum olacaq.

Azərbaycan Millətlər Liqası yarışında nəticəsini pisləşdirib.

Komandamız C divizionunun 1-ci qrupunda cəmi 6 xal toplayıb. Canni de Byazinin rəhbərliyi altında keçirilən 6 oyunda 1 qələbə, 3 heç-heçə və 2 məğlubiyyət qeydə alınıb.

Bundan əvvəlki və ilk yarışda isə komandamız 9 xal qazanmışdı (D divizionunun 3-cü qrupu).

Ovaxtkı baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında millimiz keçirdiyi 6 oyunda 2 dəfə qalib gəlib, 3 dəfə heç-heçə edib və 1 matçda isə məğlub olub.

Dekabrın 16-da UEFA Millətlər Liqasında 2022/2023 mövsümünün püşkü atılacaq. Tədbir İsveçrənin Montrö şəhərində keçiriləcək.

Əvvəlki mövsümlərdə olduğu kimi A, B və C Liqalarının hərəsində 16 yığma, D Divizionunda isə 7 komanda mübarizə aparacaq.

C Liqasında yer alan Azərbaycan püşkatmaya 3-cü səbətdən qatılacaq. Burada yeni mövsümə 2022-ci il iyunun 2-də start veriləcək.

Qrup mərhələsinin 4 turu iyunda, iki turu sentyabrda keçiriləcək. Final mərhələsi 2023-cü il iyunun 14-18-də baş tutacaq. AFFA De Byazidən konkret nəticə istəyib - o, komandamızın qrupda minimum ikinci pilləni tutmasını təmin etməlidir.

Apenninli bu məsuliyyəti özü boynuna çəkib. Görəsən, hansı əsasla? Biz bunu bilmirik. Və ona da əminik ki, italyanın özü də bunu bilmir.

De Byaziyə iş və pul lazımdır. Çünki Azərbaycandan kənarda ona diqqət və maraq yoxdur. Odur ki, 200 min dollar qarşılığında AFFA-nın yeni şərtini qəbul edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"