AFFA İskəndər Cavadova hörmət qoymadı – Top və forma qədər

19 Noyabr 2021 17:40 Region Liqası 2 123
AFFA İskəndər Cavadova hörmət qoymadı – Top və forma qədər

AFFA Region Liqasında mübarizə aparan komandalar arasında ayrı-seçkiliyə yol verib.

Federasiya digər iştirakçıların hər birini 10 ədəd top və 25 dəst (iki cüt) forma ilə təmin etsə də, Bakı Futbol Akademiyasını (BFA) “yaddan çıxarıb”.

Tanınmış futbol veteranı, AFFA İcraiyyə Komitəsinin üzvü İskəndər Cavadovun adını daşıyan BFA-ya bu cür laqeyd münasibətin səbəbi hələlik məlum deyil.

O, bir neçə dəfə problemin həlli üçün federasiya rəhbərliyinə müraciət etsə də, sözünü ciddyə almayıblar. Görünür, Cavadov bunadək şəxsi məsələləri ilə bağlı AFFA-nın qapısını o qədər döyüb ki, indi oradakılar da əlindən bezib.

Amma istənilən halda malı mala qarışdırmaq olmaz. BFA çempionatda qüvvəsini sınayan komandalardan biridir və hamıya necə, onlara da həmin münasibət göstərilməlidir.

Bir halda ki BFA qurumun bütün şərt və tələblərini yerinə yetirib, bu cür etinasız yanaşma qəbuledilməzdir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti