“Allaha şükür, hər şey qaydasındadır -.Nə olacaqsa, olacaq” - Cavid Hüseynov

15 Noyabr 2021 17:20 Region Liqası 1 563
“Allaha şükür, hər şey qaydasındadır -.Nə olacaqsa, olacaq” - Cavid Hüseynov

“Hər iki komanda iddialıdır. Həqiqətən çox gərgin və maraqlı oyun olacaq”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Cəbrayıl”ın təsisçisi və baş məşqçisi Cavid Hüseynov bildirib.

Noyabrın 21-də Region Liqasında paytaxt və şimal zonasının B qrupunun 3-cü turu çərçivəsində 6 xalla yer aldığı qrupda liderlik edən “Cəbrayıl” eyni xala sahib Quba “Şahdağ”ını qəbul edəcək.

Yarışı yaxından izləyənlər azarkeşlərin turun mərkəzi qarşılaşmasında ölüm-qalım savaşına şahidlik edəcəyini deyir. Hüseynov da eyni fikirdədir.

Hətta fürsətdən istifadə edib azarkeşlərə səslənməyi də özünə borc bildi:

“Turnir cədvəlinə baxanda oyunun əhəmiyyətini görmək mümkündür. Təəssüf ki, qarşılaşmanın canlı yayınlanması bu gün mümkün deyil, imkan yoxdur.

Ona görə də azarkeşləri stadiona səsləyirəm. Həqiqətən də gərgin oyun olacaq”.

Maraqlıdır, məşqçilikdə ilk addımlarını atan Cavid Hüseynov “Cəbrayıl”ı vacib oyuna necə hazırlayır? Komandada ab-hava necədir?:

“Çempionata yaxşı başlamışıq. Gec yığışmağımıza baxmayaraq, tədricən adımızdan söz etdirməyi bacarmışıq. İnşallah, bunun davamını gətirməliyik.

Oyuna sakit yanaşırıq. Üzərimizdə heç bir təzyiq yoxdur. Ən önəmlisi də budur.

Allaha şükür, futbolçularla anlaşma baxımından hər şey qaydasındadır. Bir-birimizə qarşılıqlı hörmətimiz var. Kollektivdə sağlam mühit olanda uğura çatmaq da asanlaşır.

Dediyim kimi, qarşılaşmaya sakit yanaşırıq. Meydana çıxıb oyunumuzu göstərəcəyik. Nə olacaqsa, olacaq

. Məqsədimiz qalib gəlməkdir”.

“Cəbrayıl” – “Şahdağ” görüşü noyabrın 21-i Binə stadionunda keçiriləcək. Oyunun start fiti 12:00-da çalınacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti