“Region Liqası komandaları qeyri-peşəkardır, kubokda çıxış etmələri düz çıxmaz"

10 Noyabr 2021 16:20 Region Liqası 826
“Region Liqası komandaları qeyri-peşəkardır, kubokda çıxış etmələri düz çıxmaz"

"Region Liqasındakı komandaların Azərbaycan Kubokunda iştirakı bir az qeyri-peşəkar olar.

Oradakıların hamısına peşəkar demək olmaz.

Komandaların sayı çox olsa, daha yaxşı olar. Amma peşəkarlıq baxımından düz çıxmaz".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Kubokunun püşkatma mərasimində deyib.

"Torpaqlarımız işğaldan azad olunub. İnanırıq ki, həmin bölgələrin komandalarını ölkə kubokunda görəcəyik", - Musayev bildirib.

Digər Xəbərlər
Xəbər Lenti