"Azərenerji" imtina etdi, klubun adı dəyişdi, AFFA pul buraxdı

24 Oktyabr 2021 15:00 Region Liqası 2 592
"Azərenerji" imtina etdi, klubun adı dəyişdi, AFFA pul buraxdı

Mingəçevir bu mövsüm də Region Liqasında təmsil olunacaq.

Amma "Energetik" adı altında yox. AFFA adıçəkilən klubun müraciətini nəzərə alaraq, onlara maliyyə dəstəyi ayırıb.

Komandanın yarımhəvəskar çempionatda iştirakını təmin etmək məqsədilə təqribən 50 min manat sərf olunacaq.

Federasiya bu addımı "Azərenerji"ASC-nin "Energetik"ə büdcə ayırmaqdan imtina etməsindən sonra atıb.

ASC futbola bağlı planlarının olmadığını qarşı tərəfə bildirib. Odur ki, klub "Mingəçevir" ismi ilə Region Liqasında mübarizə aparacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!