İcra Hakimiyyətləri klubların çempionatda iştirakını istəmir

16 Oktyabr 2021 16:00 Region Liqası 1 100
İcra Hakimiyyətləri klubların çempionatda iştirakını istəmir

AFFA Region Liqasında yeni mövsümün açılışını etməkdə problemlə üzləşib.

Federasiya çempionata qatılan komandaların sayının kifayət qədər olduğunu bildirsə də, hələlik bunun əksinin görürük.

Elə olsaydı, yəqin ki, yarışın başlanma tarixi yenə sual altına düşməzdi.

Qeydiyyat prosesi sentyabrın 20-də bitməli idi. Sonra namizəd komandalara oktyabrın 1-dək vaxt verildi.

Üçüncü dəfə isə bu müddət oktyabrın 10-dək uzadıldı. Bu gün isə artıq ayın 16-dır və yenə rəsmi bir açıqlama verilmir.

Gecikmənin kökündə çempionatda qüvvəsini sınamaq istəyən komandaların bir neçəsinin hələ də sənədləşmə prosesini yekunlaşdırmaması dayanır.

Bəzi rayonların İcra Hakimiyyətləri AFFA-ya zəmanət məktubu yollamağı müxtəlif adlarla yubadır. Digər tərəfdən, müəyyən region təmsilçiləri maliyyə çətinliklərini aradan qaldıra bilmir.

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri, Region Liqası üzrə İşçi Qrupun üzvü Yusif Vəliyev saytımıza son açıqlamasında bildirmiçdi:

"Çempionatda iştirak edəcək kifayət qədər yeni komanda var. Eyni zamanda keçən mövsümdə iştirak edən komandalar da müracət edib.

Bildiyiniz kimi, Region Liqası zonalar üzrə keçirilir. Paytaxt və Şimal bir zonadır, Digər zonalar Cənub, Mərkəz, Qərb, Şimal-Qərb və Naxçıvandır.

Yarış Naxçıvan da daxil olmaqla, ötənilki formatda təşkil ediləcək. Reqlamentdə hər hansı bir dəyişiklik nəzərdə tutulmayıb.

Yarışın startı bu ay ərzində nəzərdə tutulub. Bunadək - oktyabrın 2-ci ongünlüyündə püşkatma mərasimi olacaq”.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti