
AFFA “Xəzər Lənkəran” Mərkəzi Stadionunu satın almağa təşəbbüs göstərib.
Amma birbaşa yox. Bu məqsədlə müəyyən vasitəçilərlə “Palmali”yə xəbər göndərilib.
Həmin şəxslər arenanın “əl dəyişməsi” üçün 5 milyon manat təklif edib. Fəqət, qarşı tərəf anlaşmaya getməyib.
Şirkətin və “Xəzər Lənkəran”ın sahibi Mübariz Mənsimov kompleksin satılmasına razılıq verməyib.
SPORTİNFO.AZ