AFFA Region Liqası klubları qarşısında yeni tələb qaldırdı

14 Oktyabr 2021 15:00 Region Liqası 1 644
AFFA Region Liqası klubları qarşısında yeni tələb qaldırdı

1,5 illik fasilədən sonra bərpa olunan Region Liqasının yeni mövsümü azarkeşlərin iştirakı ilə keçiriləcək.

Bu barədə Sportinfo.az-a AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri, Region Liqası üzrə İşçi Qrupun üzvü Yusif Vəliyev bildirib:

"Çempionatda iştirak edəcək kifayət qədər yeni komanda var. Eyni zamanda keçən mövsümdə iştirak edən komandalar da müracət edib.

Bildiyiniz kimi, Region Liqası zonalar üzrə keçirilir. Paytaxt və Şimal bir zonadır, Digər zonalar Cənub, Mərkəz, Qərb, Şimal-Qərb və Naxçıvandır.

Yarış Naxçıvan da daxil olmaqla, ötənilki formatda təşkil ediləcək. Reqlamentdə hər hansı bir dəyişiklik nəzərdə tutulmayıb.

Yarışın startı bu ay ərzində nəzərdə tutulub. Bunadək - oktyabrın 2-ci ongünlüyündə püşkatma mərasimi olacaq. Təbii ki, COVİD-19 pandemiyası ilə əlaqəli tədbirlərin görülməsi nəzərdə tutulub.

Bu, klublar qarşısında qaldırılan vacib məsələlərdən ibarətdir. Premyer Liqa və I Divizionda olduğu kimi, Region Liqasında da mübarizə aparacaq komandalar da pandemiyanın zəruri etdiyi qaydalara riayət eləməlidir.

Məsələn, azarkeş sayı, sosial məsafənin gözlənilməsi və digər şərtlər yerinə yetirilməlidir. Region Liqasının oyunlarının keçirildiyi stadionların tutumundan sılı olaraq, ora yalnız 50 faiz tamaşaçı buraxılacaq.

Həmçinin təhlükəsizlik və nəzarət sistemi gücləndiriləçək. Yerli ərazi idarəetmə orqanları və hüquq-mühafizə orqanları ev sahib olan klubla bərabər bu məsələdə cavabdeh tərəfdir”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”