REGİON LİQASI: “Hər zonada kifayət qədər çox komanda yarışacaq”

5 Oktyabr 2021 17:40 Region Liqası 1 638
REGİON LİQASI: “Hər zonada kifayət qədər çox komanda yarışacaq”

Region Liqasının növbəti mövsümü üçün qeydiyyat prosesi başa çatıb.

Bu barədə Sportinfo.az-a AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri, Region Liqası üzrə İşçi Qrupun üzvü Yusif Vəliyev məlumat verib.

Onun sözlərinə görə, çempionata qatılmaq məqsədilə federasiyaya müraciət ünvanlayan komandaların sayı kifayət qədər çoxdur:

“Yarış respublikanın bütün bölgələrini əhatə edəcək. Naxçivan da daxil olmaqla, paytaxt-şimal, mərkəz, cənub və şərq zonaları üzrə.

Yəni, əvvəlki sistem saxlanılıb. Region Liqasında çıxış etmək istəyən bütün komandalarla yaxından tanış olmuşuq, sənədlərini yoxlamışıq.

Ötən illərdə Region Liqasında mübariz aparmış komandalarla bağlı elə bir problem yoxdur. Onlar reqlament və tələblərlə tanışdır.

Əsas işimiz yeni iştirakçılarladır. Hələ də bir neçə komandanın sənədləşməni başa çatdırmasını gözləyirik. Onlara əlavə vaxt vermişik.

Odur ki, biz bu gün iştirakçı sayını açıqlaya bilmirik. Bu həftə ərzində hər şeyə tamamilə aydınlıq gətirəcəyik.

İndi onu əlavə edə bilərəm ki, hər zonada kifayət qədər çox komanda yarışacaq”.

Digər Xəbərlər
Xəbər Lenti