"Xan Lənkəran" Elxan Məmmədovdan dəstək və vəd aldı - FOTOLAR

4 Oktyabr 2021 19:40 Region Liqası 943
"Xan Lənkəran" Elxan Məmmədovdan dəstək və vəd aldı - FOTOLAR

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Lənkəran rayonuna səfər çərçivəsində bu gün "Xan Lənkəran"ın nümayəndələri ilə görüşüb.

Sportinfo.az xəbər verir ki, görüşdə klubun fəaliyyəti və gələcək planları barədə AFFA rəhbərliyinə məlumat verilib.

Qeyd olunub ki, cari mövsümdən etibarən komanda bütün hüquqi prosedurlar yerinə yetirildikdən sonra "Region Liqası" turnirində iştirak edəcək.

Elxan Məmmədov bildirib ki, klubun liqada iştirakı üçün AFFA tərəfindən müəyyən dəstək göstəriləcək.

"Xan Lənkəran"ın nümayəndələri görüşün keçirilməsinə və dəstəyə görə AFFA-ya təşəkkür edib.

Digər Xəbərlər
Xəbər Lenti