Mübariz Mənsimov yeni yaranan kluba maliyyə ayırıbmı?

28 Sentyabr 2021 19:20 Region Liqası 4 579
Mübariz Mənsimov yeni yaranan kluba maliyyə ayırıbmı?

Yeni yaranan "Xan Lənkəran" Region Liqasında iştirak üçün AFFA-ya müraciət edib.

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri, Region Liqası üzrə İşçi Qrupun üzvü Yusif Vəliyev bildirib ki, baxılma mərhələsində olduğu üçün hələlik müraciətin mətni barədə açıqlama verə bilməyəcək:

"Komanda qəbul ediləndən sonra tam açıqlamamız olacaq. Hazırda göndərilən müraciətlər dəyərləndirilir və araşdırılır.

"Xan Lənkəran" ilə görüş təşkil olunacaq. Ondan sonra ətraflı məlumat verə bilərik. Müəyyən şərtlər var ki, onları yerinə yetirdikdən sonra qəbul ediləcək".

İşçi Qrupunun üzvü Region Liqasında müraciət üçün müddətin artırıldığını da diqqətə çatdırıb:

"Müraciət müddəti sentyabrın 20-də başa çatmalı idi. Hazırda müraciət kifayət qədər olduğu üçün qeydiyyat prosesi davam etdirilir.

Yeni qoşulmaq istəyən bütün klublarla görüşlər, danışıqlar davam edir. Onların adlarını açıqlaya bilməyəcəyəm. Qeydiyyat prosesi sentyabrın 30-dək davam edəcək".

"Xan Lənkəran"ın sponsorunun kimliyi barədə istər mediada, istərsə də sosial şəbəkələrdə müxtəlif məlumatlar yayılıb. Iddia olunub ki,klub Lənkəran Dövlət Dram Teatrının rəhbərliyi tərəfindən təsis edilib.

“Xəzər Lənkəran”ın yaxınlarda bir müddət əvvəl həbsdən çıxan fəxri prezidenti Mübariz Mənsimovun da “Xan Lənkəran”a maddi dəstək verdiyi söylənilir.

Lənkərandan redaksiyamızla əlaqə saxlayan futbolsevərlər bu qəbildən olan informasiyaları təkzib ediblər.

Onlar bildiriblər ki, Rusiyanın paytaxtı Moskvada yaşayan əslən lənkəranlı iş adamı klubu himayəsinə götürüb. Mamusta kəndindən olan biznesmen hər ay bu məqsədlə 3500-4000 manat ayırıb.

Həmçinin "Xəzər Lənkəran" Mərkəzi Stadionunu 1 il müddətinə icarəyə götürüb.

SPORTİNFO.AZ

Lənkəran klubu Region Liqasında iştirak üçün AFFA-ya müraciət edib

Digər Xəbərlər
Xəbər Lenti