AFFA-nın Qarabağda yaratmağa qərar verdiyi 5 klub - Onların taleyi necə olacaq?

25 Sentyabr 2021 22:20 Region Liqası 2 131
AFFA-nın Qarabağda yaratmağa qərar verdiyi 5 klub - Onların taleyi necə olacaq?

“Qarabağ zonasında yeni komandaların yaradılması orada məskunlaşma prosesi ilə paralel aparılacaq”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri, Region Liqası üzrə İşçi Qrupun üzvü Yusif Vəliyev deyib.

AFFA ötən ilin noyabrında açıqlama yaymışdı ki, Müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuş Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarını və Şuşa şəhərini təmsil edən, federasiyanın təşəbbüsü ilə yaradılacaq komandalar növbəti mövsümdən etibarən, Region Liqası turnirində mübarizə aparacaq.

Artıq oktyabrda yeni çempionata start veriləcək. Yusif Vəliyevin fikirlərindən belə başa düşmək olar ki, həmin 5 komandanın üzümüzə gələn yarışmada iştirakı hələ dəqiqləşməyib:

“Bilirsiz ki, hazırda işğaldan azad edilmiş ərazilərdə böyük yenidənqurma işləri gedir, hələ məskunlaşma başlamayıb.

Bu rayonları təmsil edəcək komandaların yaradılması istiqamətində işlər aparılır, sadəcə, Region Liqasının yeni mövsümündə iştirak edib-etməyəcəkləri hələ dəqiqləşməyib.

Bunlar daxildə müzakirə olunan məsələlərdir və yenə deyirəm, hər şey məskunlaşmadan asılıdır.

Həmin klublara sponsorlar cəlb olunacaqmı? Mən buna cavab verə bilməyəcəm. Bizim departamentin vəzifəsi sırf yarışları təşkil etməkdir”.

Digər Xəbərlər
Xəbər Lenti