"Yerli klublardan təklif var, amma..." - "Qəbələ"nin Qisməti

10 May 2020 17:00 Qəbələ 798
"Yerli klublardan təklif var, amma..." -

"Qəbələ"nin yarımmüdafiəçisi Qismət Aliyev Sportinfo.az-a müsahibə verib.

- Artıq uzun müddətdir evdəsən. Karantin günlərin necə keçirirsən?

- Bütün günü evdə oluram və ev şəraitində məşqlər edirəm. Əlimizdən başqa heç nə gəlmir. Gözləyirik ki, tezliklə ölkəmiz bu xəstəlikdən uzaq olsun və biz məşqlərə, oyunlara qayıdaq.

- Evdə olduğun bu günlər ərzində daha çox hansı komanda yoldaşınla həmsöhbət olurdun?

- Votçapda yerli futbolçulardan ibarət qrupumuz var. Söhbətlərimiz davamlı orda olur elə.

- Mayın 5-i məşqlərin başlanması gözlənilirdi, amma olmadı. Hazırda bu baxımdan vəziyyət necədir?

- Hamımız ayın 5-ni gözləyirdik. Amma bildiyiniz kimi heç bir xəbər çıxmadı. İndi bizə deyiblər ki, ayın 10-dan sonra nəsə xəbər olmalıdır.

- "Qəbələ" çempionatda sonuncu yerdə gedir. Hazırda davam edən qeyri-müəyyənlik bu baxımdan səndə çempionatın gələcəyi ilə bağlı narahatlıq, ümidsizlik yaratmır?

- Heç vaxt belə bir halla -üz-üzə qalmamışıq. Ayın 5-nə dedilər hardasa ümid yarandı ki, 15-20 günə forma yığıb oyunlara başlaya bilərik. Amma sonradan bunun mümkün olmayacağı məlum oldu. Ümid edirsən başlamağa, ancaq sonradan nəsə çıxır. Bu bir az çətinlik yaradır. Belə də PFL, AFFA, Operativ Qərargah nə qərar çıxarsa hörmətlə yanaşacağıq. Bizim yerimizdə kim olsa belə edərdi. İnanaq ki, belə olmaz və çempionat bərpa olunar. Bizim çempionatdakı görüşlərdən əlavə, həm də kubok görüşlərimiz var. Həm çempionatda, həm də kubokda nəsə etməyə çalışacağıq.

- Koronavirus pandemiyasına görə yaranan fasiləyə kimi komandanız yaxşı forma yığmışdı. Hətta son 2 görüşdə qələbə qazanmışdınız. Bu qədər fasilədən sonra formanızı geri qaytarmaq çətin olmayacaq?

- Düşünürəm ki, bütün komandalar bizim kimi olacaq. 15-20 gün təlim-məşq toplanışından sonra hardasa 1-2 oyun çətinlik olacaq. Sonradan hər şey öz qaydasına düşər və komandalar özünə gələr.

- Oyunlarda əvəzetmə sayının 5-ə qaldırılması artıq təsdiqləndi. Səncə, bu qərar lazım idi?

- Başqa vaxt 15-20 gün istirahət edib sonra təlim-məşq toplanışına gəlirdik. Amma indi tam fərqli olacaq. Bu qədər istirahətdən sonra 15-20 gün məşq edib oyunlara çıxmaq, həqiqətən, çətin olacaq. Düşünürəm ki, bu qərar doğrudur. Bundan sonra futbolçulara çox yük düşməz.

- "Qəbələ"də yaxşı mənada oyunun ilə fərqlənən futbolçulardansan. Hansısa real təkliflər var?

- Açığı, hazırda yerli klublardan təklif var. Yalandan yoxdur deyə bilmərəm. Amma bu haqda düşünmürəm. Çünki komandam ilə müqaviləm hələ bitməyib və qarşıda 10 oyunumuz var. Düşünürəm ki, sonradan nəsə fikir bildirmək olar. İndidən nəsə deməyim düz olmaz.

- Bəs ölkə xaricindən təklif olsa gedəcəksən, yoxsa bu haqda düşünmürsən?

- Mən futbola elə legioner həyatı yaşayaraq başlamışam. Uşaq futbolum Rusiyada olub. Bundan sonra da ölkə xaricindən təklif olsa, niyə də olmasın. Hər bir futbolçu bunu istəyər.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"