"Qəbələ"də çıxış edən legioner Azərbaycandan getdi

8 Aprel 2020 11:48 Qəbələ 994
"Qəbələ"də çıxış edən legioner Azərbaycandan getdi

"Qəbələ"nin ispaniyalı legioneri Fernan Lopes koronavirus pandemiyasına görə Azərbaycanı tərk edib.

Sportinfo.az xəbər verir ki, bu mövsümdən etibarən qırmızı-qara formanı geyinən yarımmüdafiəçi ölkəsinə yollanıb.

25 yaşlı futbolçu hazırkı vəziyyətdə ailəsini tək buraxmamaq üçün bu addımı atıb. Təbii ki, özbaşına qərar verməyib. Qəbələnin eyniadlı klubundan icazə alandan sonra vətəninə üz tutub.

İspaniya (140 510) ABŞ-dan (367 659) sonra koronavirusa ən çox vətəndaşının yoluxduğu ikinci ölkədir. İndiyədək bu Avropa ölkəsində pandemiyadan 13 798 nəfər dünyasını dəyişib. Ölüm sayından İspaniya yalnız İtaliyadan (16 523) geri qalır.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!