"Qəbələ", nəhayət ki, bu futbolçudan canını qurtardı!

13 Fevral 2020 16:00 Qəbələ 1 328
"Qəbələ", nəhayət ki, bu futbolçudan canını qurtardı!

"Qəbələ" uzun sürən danışıqlardan sonra Kristian Kuaku ilə bu gün yolları ayırıb.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Cari mövsümün əvvəlində Çexiyanın "Karvina" klubundan transfer olunan kot d ivuarlı ilə 1+1 illik müqavilə bağlanmışdı. Lakin afrikalı xroniki zədələr üzündən özünü burada göstərə bilmədi.

Əsas heyətdə yerini itirən Kuaku sərbəst agent statusu almaq üçün ona ödənməli olan vəsaitin bir hissəsindən imtina edib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız