"Qəbələ”nin Antalyada sonuncu rəqibi dəyişdi

21 Yanvar 2020 00:00 Qəbələ 1 035
"Qəbələ”nin Antalyada sonuncu rəqibi dəyişdi

Mövsümün ikinci yarısına hazırlığını davam etdirən “Qəbələ”nin Türkiyədə keçirəcəyi sonuncu yoxlama oyunundakı rəqibi dəyişib.

Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar” Antalya şəhərindəki təlim-məşq toplanışındakı 4-cü matçda Rumıniyanın “Konkordiya” klubu ilə görüşəcək.

Bu matç yanvarın 25-də baş tutacaq. Öncədən həmin gün Bolqarıstanın “Dunav” klubu ilə qarşılaşma nəzərdə tutulsa da, rəqib Rumıniyanın 2-ci liqa təmsilçisi olacaq.

Antalyada iki yoxlama matçı keçirən “Qəbələ” Macarıstanın MTK klubuna 0:3 hesabı ilə uduzub, Rusiya təmsilçisi “Çayka”ya eyni hesabla qalib gəlib. Komanda yanvarın 22-də Bolqarıstanın “Etar” klubu ilə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”