"Bizi sonadək dəstəkləyən böyük ürəyə sahib o qədər insan var ki..."

16 Noyabr 2023 02:50 Azarkeş 1 177
"Bizi sonadək dəstəkləyən böyük ürəyə sahib o qədər insan var ki..."

İsveçin baş məşqçisi Yanne Andersson AVRO-2024-ün seçmə mərhələsinin F qrupunun Bakıda Azərbaycan yığmasına qarşı keçiriləcək oyunda azarkeşlərin dəstəyinə ümid etdiyini bildirib.

Sportinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis Bakıya gələcək isveçli azarkeşlərə təşəkkür edib:

“Bizimlə Bakıya gələn insanların hamısı qəhrəmandır. Bu illər ərzində bizi sona qədər dəstəkləyən böyük ürəyə sahib o qədər insan var ki... Bu, bizim üçün çox şey deməkdir”.

İsveç yığmasının Belçika ilə oyunu Brüsseldə isveçli azarkeşlərin xəsarət aldığı terror aktı səbəbindən yarımçıq dayandırılmışdı (1:1).

Azərbaycan - İsveç matçı noyabrın 16-da Tofiq Bəhramov adına stadionda keçiriləcək və saat 21:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti