Azərbaycan klubu Antalyada otelə borclu qalıb: “Razılaşmışıq ki…”

20 Yanvar 2023 17:40 Qəbələ 1 789
Azərbaycan klubu Antalyada otelə borclu qalıb: “Razılaşmışıq ki…”

“Qəbələ” klubun akademiyasında yaranan narazılığa aydınlıq gətirib.

Burada çalışan işçi və məşqçi personalının 2 aydır əməkhaqqı ala bilməməsi ilə bağlı redaksiyamıza ünvanlanan şikayət məktubu haqda qeyd olunub ki, mailiyyə çatışmazlığı klıubdan asılı olmayan məsələlər üzündən yaranıb.

Sportinfo.az-a verilən açıqlamada bu faktlar öz əksini tapıb:

“Dövlətin ayırdığı yardım paketinin dekabr ayı üzrə hissəsinin AFFA tərəfindən ödənilməsini gözləyirik. Adətən, bu məbləğ hər ayın 20-dək köçürülür.

Bu dəfə bayramlarla əlaqədar bir az geçikmə var. AFFA gələn həftə həmin pulu köçürməlidir.

Biləsiz ki, nəinki akademiyada işləyənlər, elə biz özümüz, əsas komandanın məşqçi və futbolçuları da dekabr ayının maaşını almamışıq.

Komandanın Antalya toplanışına necə getməsinə gəlincə, səfərə görə borcumuz yaranıb. Toplanış üçün lazım olan pulun yalnız bir hissəsini ödəmişik.

Otelin pulunu hələ verməmişik. Razılaşmışıq ki, AFFA ödəmə edən kimi onların da borcunu qaytaracağıq”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!