"Qəbələ"nin dərdi məlum, bəs mualicəsi necə?

13 Noyabr 2022 23:40 Qəbələ 390
"Qəbələ"nin dərdi məlum, bəs mualicəsi necə?

"Qəbələ" köhnə vərdişinə dönüş edib. Yenə ələ düşən imkanlar sağa-sola xərclənir.

"Neftçi" ilə matçda yaşananlar artıq neçə turdu adət halını alıb. Mövsümün əvvəli hər şey tam başqa idi - Startdakı 3 oyun və 8 qol.

Kimsə düşünməsin ki, rəqiblər münasib idi. İlk dövrədə "Kəpəz" və "Şamaxı"ya 3:0-lıq darmadağın yaşadan Elmar Baxşıyevin yetirmələri ikinci dövrə hər iki rəqiblə oyunda yalnız bir dəfə fərqlənə bilib. Düzdü, turlar keçdikcə adı çəkilən klublar da daha yaxşı formalaşa bilirlər.

Amma istənilən halda son turlardakı "Qəbələ" mənə iki əvvəlki komandanı xatırladır.

Futbolçular həm əks-hücum zamanı, həm də mövqe hücumunda asanlıqla topu rəqib qapısı önünə kimi daşıya bilir.

Sadəcə nə hikmətdisə ondan sonrasında futbolçuları tanımaq mümkün olmur. Gah kimsə zərbə vurmağa tələsir, gah da kimsə ötürmədə dəqiqlik göstərə bilmir.

Ən pis olanı isə bunu edənlər yerli yox, əcnəbi oyunçuladı.

Böyük ümidlər bəslənən Ramon Maçado, Felipe Santos, Omar Hani, Rafale Utziq son nöqtəni qoymaqda ciddi sıxıntı yaşayırlar. Tanımasan elə bilərsən təcrübələri yoxdur. Adətən belə səhvləri gənc futbolçular edir.

Təsəvvür edin ki, son 6 oyunda "qırmızı qaralar" hər hansı bir hücumu qolla tamamlamağı bacarmayıblar. Komanda 6 oyunda vurduğu 4 qoldan birini Adil Nağıyev öz qapısına vurubsa, digər ikisi də İsnik Aliminin payına düşür. Albaniyalı legioner hər iki qolu duran toplardan vurub. "Sabah"a penaldan, "Kəpəz"ə isə cərimə zəbəsindən. Yeganə qələbəni təmin edən qol da Ülvin İsgəndərovun mərkəz xəttindən vurduğu fantatsik zərbə sonrası əldə edilib.

Göründüyü kimi, "Qəbələ"nin yeni muayinəyə ehtiyacı yoxdur. Dərdi məlumdur - fürsətləri boşa vermək. İndi qalır, həmin dərdin dərmanın tapıb, müalicə etmək. Çox da zaman itirmədən. Ki, sonra gec olmasın.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı