"Qəbələ" mübarizəni dayandırdı - YENİLƏNİB

4 Oktyabr 2022 19:00 Qəbələ 468
"Qəbələ" mübarizəni dayandırdı - YENİLƏNİB

“Qəbələ”nin U-19 komandası bu gün UEFA Gənclər Liqasının 1-ci mərhələsi çərçivəsində cavab oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, komanda Xorvatiya “Hayduk”u (U-19) ilə qarşılaşıb.

Qəbələ şəhər stadionunda oynanılan matç rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da, "Qəbələ" Gənclər Liqasında mübarizəni dayandırıb.


Qeyd edək ki, bu komandalar arasında Xorvatiyadakı ilk görüşdə "Qəbələ" 0:3 hesabı ilə uduzmuşdu.

4 oktyabr

UEFA Gənclər Liqası, Çempionlar yolu, 1-ci mərhələ, cavab oyunu

17:00. "Qəbələ U-19" - "Hayduk U-19" - 1:2

Qollar: Şahin Şahniyarov, 52 - Luka Vuşkoviç, 68, Yere Vrtsiç, 88
Baş hakim: Arda Kardeşler (Türkiyə)
Qəbələ şəhər stadionu.
İlk oyun - 0:3

Digər Xəbərlər
Xəbər Lenti