Premyer Liqa klubu Kiyev "Dinamo"sunun yetirməsinin transferini bitirdi - SON DƏQİQƏ

4 Avqust 2022 13:00 Qəbələ 2 155
Premyer Liqa klubu Kiyev "Dinamo"sunun yetirməsinin transferini bitirdi - SON DƏQİQƏ

Yeni mövsümə hazırlıqları davam etdirən "Qəbələ" heyətini yeni futbolçu ilə gücləndirib.

Belə ki, bölgə klubu Andrey Strijakla anlaşıb.

Mövqeyi yarımmüdafiəçi olan ukraynalı "Dinamo"nun (Kiyev) yetirməsidir. 22 yaşlı legionerin son klubu Xorvatiyada "Medjimurje" olub.

O, karyerası ərzində "Arsenal" (Kiyev), "Çernomorets", "Vorskla", " Metal", "Olimpik", "Metalist" kimi yerli klubların şərəfin qoruyub.

“Qəbələ” bunadək İlkin Qırtımov, Səlahət Ağayev, Felipe Santos, Feras Abu Akal və Ramon Moçadonu heyətinə qatıb. Beləcə, “qırmızı-qaralar” yay transfer dövründə altıncı oyunçu keçidini gerçəkləşdirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti