"Qəbələ" sabiq "Atletik"li ilə anlaşa bilsə...

18 May 2022 17:20 Qəbələ 1 001
"Qəbələ" sabiq "Atletik"li ilə anlaşa bilsə...

"Qəbələ" daha bir futbolçunun komandada qalmasında maraqlıdır.

Bu, ötən yay komandaya cəlb olunan Kristof Atanqana-Assimbadır.

22 yaşlı qolpikerin meydanda olduğu matçlardakı performansı baş məşqçi Elmar Baxşıyevi razı salıb.

İndi qalır rəhbərliyin maliyyə məsələsində onunla razılıq əldə etməsi. Çünki Kamerunlu qapıçı arxada qalan ili kifayət qədər aşağı məbləğ qarşılığında keçirib. Yəqin ki, bir qədər maaşına əl gəzdirilməsini istəyəcək.

Əgər razılıq olsa, onunla yollar davam edəcək. Məşhur İspaniya "Atletiki"nin yetirməsi olan "əlcək sahibi" bu mövsüm 3-ü ölkə kuboku olmaqla cəmi 4 matçda şans qaznıb və bu görüşlərdə öz qapısından 11 top buraxıb.

Kristof Atanqana karyerası ərzində "Atletik", "Baskoniya", "Leyoa", "Somorrostro", "Arenas de Qetxo" kimi klublarının formasını geyinib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"