Premyer Liqa klubunda hamıdan çox etimad görən

8 May 2022 01:10 Qəbələ 639
Premyer Liqa klubunda hamıdan çox etimad görən

Urfan Abbasov “Qəbələ”nin heyətində Premyer Liqada 200-cü oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, müdafiəçinin yubileyi 25-ci tura təsadüf edib.

“Zirə” ilə səfər matçına qədər çempionatda 199 dəfə “qırmızı-qaralar”ın formasını geyinən vitse-kapitan yubiley görüşünə start heyətində çıxıb. Lakin zədələnən Abbasov 34-cü dəqiqədə əvəzlənib.

“Qəbələ”nin tarixində həm ümumi, həm də çempionatdakı oyun sayında rekordçu olan Urfan 2012-19-cu illərdə çıxış etdiyi komandaya bu mövsümün startı öncəsi qayıdıb. O, Premyer Liqadakı 200 matçda 4 qol vurub.

Bu matçda “Qəbələ” 3:0 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda